Millət vəkili: “Ermənistan son döyüşlərdən ciddi nəticə çıxartmalıdır”

7 Avqust 2014 16:24 (UTC+04:00)

"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən gün cəbhə bölgəsinə səfəri tək ölkəmizin deyil, bütün dünyanın diqqət mərkəzində idi". Bunu millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin dünən cəbhə bölgəsinə şəfərini şərh edərkən deyib.

"Bir müddət əvvəl Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində həyata keçirdikləri provokasiyalardan sonra Ali Baş Komandanın cəbhə bölgəsinə səfəri bir çox suallara cavab olmalı idi. İlk növbədə yerli əhalinin vəziyyəti ilə maraqlanan dövlət başçısı qaçıqnlar üçün böyük bir yaşayış qəsəbəsinin açılışını etdi. Sakinlərlə söhbət edən ölkə başçısı yerli hakimiyyət orqanlarına müvafiq tapşırıqlar verdi. Həmçnin Ali Baş Komandanın ordu rəhbərliyi ilə görüşü cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı", - deyə A.Mirzəzadə vurğulayıb.

Millət vəkili bildirib ki, Ali Baş Komandanın "Müharibə bitməyib, birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər" fikri düşmənə çox ciddi mesaj hesab edilməlidir: "İki-üç günlük xırda döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri özünün yüksək döyüş qabiliyyətini nümayiş etdirdi. Ən müasir silahlar, döyüş vərdişləri Ermənistan hərbisini çaşqın vəziyyətə saldı. Düşmən böyük itkilər verdi, mövqelərini itirdi, müvafiq olaraq informasiya müharibəsini uduzdu. Ermənistan böyük sarsıntıya düşdü, Azərbaycana döyüşləri dayandırmaq xahişləri gəlməyə başladı. Bu isə hələ adi silahlardan istifadədən yaranan ilikn effekt idi. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanın ağır silahları, uzaqvuran raketləri, döyüş təyyarələri döyüşlərə cəlb edilməmişdi. Ümumilikdə Azərbaycan hərbi maşının Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarındakı hərbi birləşmələri üçün çox böyük təhlükəsi var".

A.Mirzəzadə deyib ki, beynəlxalq vəziyyət və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi Azərbaycanı münaqişənin hərbi yolla həllindən kənarda saxlayır: "Hesab edirəm ki, bu həmişə belə ola bilməz. Ölkəmiz öz suveren hüququndan imtina etmir. Ermənistan avqustun əvvəlindəki baş verən döyüşlərdən özü üçün ciddi nəticələr çıxartmalıdır".