Daha bir əsgərimiz yaralanıb

6 Avqust 2014 12:23 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, atəşkəs rejiminin pozulması nəticəsində əsgər, 1994-cü il təvəllüdlü Fərhad Azad oğlu Rəhimov düşmən gülləsindən yüngül xəsarət alıb. Əsgərə hərbi hissənin tibb məntəqəsində ilkin tibbi yardım göstərilib. Hazırda əsgər F. Rəhimovun vəziyyəti normaldır.