AFFA-dan “Qarabağ” azarkeşləri üçün beş yüz bilet

6 Avqust 2014 03:14 (UTC+04:00)

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 6-da Zaltsburq şəhərində keçiriləcək "Zaltsburq" – "Qarabağ" oyununda təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün AFFA tərəfindən beş yüz ədəd bilet alınıb.

AFFA-nın saytına istinadla xəbər verir ki, oyunu stadionda izləmək arzusunda olan azarkeşlər respublikamızın Avstriyadakı səfirliyinə və SOCAR-ın bu ölkədəki nümayəndəliyinə müraciət edə bilərlər.