"Türkiyə Hava Yolları"na məxsus, İstanbuldakı Sabiha Gökçen Hava Limanından səmaya qalxan təyyarə bir neçə dəqiqə sonra şəhərin Atatürk Hava Limanına məcburi eniş edib.
"Anadolu" xəbər agentliyinin məlumatına görə, avqustun 5-də İstanbul-Milano istiqamətində uçuş edən təyyarənin məcbur eniş etməsi texniki nasazlıq səbəbindən baş verib. Texniki baxışa göndərilən təyyarənin göyərtəsindəki 96 sərnişin başqa hava gəmisi ilə yola salınıb.