İsveçin xarici işlər naziri Karl Bildt də cəbhə xəttində baş verənlərdən narahatlığını bildirib. SİA-nın xəbərinə görə, nazir öz mikrobloqunda "Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması və həlak olanların sayının artması qeyri-sabitliyi artırır" -deyə, qeyd edib.
Xatırladaq ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.