İxtisas seçimi bu gün başa çatır Abituriyentlərin nəzərinə!

5 Avqust 2014 10:33 (UTC+04:00)

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. TQDK-dan SİA-ya verilən xəbərə görə, ixtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

5 avqust saat 10:00-a olan məlumata görə 35621 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.