Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova Hindistanda "İndias Best Cine Star Ki Khoj" rəqs yarışmasına qatılıb. SİA-nın verdiyi xəbərə görə, rəqqasənin iştirakı sözügedən layihədə hələ də davam edir. Sənətçinin həftə sonu baş tutan çıxışı hər kəsi təəccübləndirib. Belə ki, rəqqasə bu dəfə başıaşağı halda, göydən asılı vəziyyətdə şou göstərib. Münsiflərin çox bəyəndiyi çıxış alqışlarla qarşılanıb. Onlar Oksanaya uğurlar arzulayıblar.
Qeyd edək ki, adıçəkilən rəqs yarışması Hindistanın "ZEE TV"-sində həftənin şənbə və bazar günləri yayımlanır. Müsabiqənin finalına 12 iştirakçı qalıb. Onlardan altısı qız, altısı isə oğlandır.