Dünyanın ən populyar mesajlaşma tətbiqi olan WhatsApp işbazların yeni qazanc mənbəyinə çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, internetdə qurulan yeni platforma vasitəsi ilə yüzlərlə fərqli telefon nömrəsi alınaraq saxta WhatsApp hesabı açılır. Maraqlısı budur ki, saxta hesablar vasitəsi ilə istifadəçilərə pulsuz mesaj atmaq mümkündür. İstənilən şəkildə dəyişdirilə bilən profil isə bu saxta hesablarla işbazların reklamdan tutmuş məhsul satışına qədər yararlanmasına imkan yaradır.
Bu necə mümkündür?
WhatsAppda fərqli bir nömrə ilə mesaj atmaq üçün işbazlar "aldatma" üsulundan istifadə edirlər. Bunun üçün Windows əməliyyat sisteminə malik bilgisayarlara "Bluestack App Player" adlı proqram yüklənilir. Bu proqram isə Android əməliyyat sisteminin bilgisayarlarla işləməsini təmin edir. Proqram endirildikdən sonra açılan Android əməliyyat sisteminə WhatsApp tətbiqi yüklənilir. Tətbiqin təsdiqlənməsi üçün isə internet ünvanına üzv olunması və bu ünvandan saxta bir nömrə alınması təmin edilir. WhatsApp-ın işləməsi üçün lazım olan təsdiq kodu telefon zəngi ilə alan işbazlar, başqa bir internet səhifəsi vasitəsi ilə danışığı dinləyirlər. Beləliklə də saxta nömrəli bir WhatsApp hesabına sahib olurlar. Profil adı isə saxta hesabı alan şəxs tərəfindən dəyişdirilir. Beləliklə də işbazlar digər WhatsApp istifadəçilərinə mesaj, şəkil, video, səsli mesj və.s göndərə bilirlər.
Platforma necə qurulur?
Tək nömrədən daha çox nömrə istəyən işbazlar bilgisayara yüklənən Android əməliyyat sisteminə daha bir tətbiqi yükləməsini təmin edirlər. Bu tətbiq isə daha çox telefon nömrəsi əldə edilməsini təmin edir. Başqa sözlə işbazlıq etmək istəyən biri bu tətbiqdən istifadə edərək fərqli nömrələrlə WhatsApp istifadəçiləri ilə əlaqə saxlaya bilir. Beləliklə də WhatsApp bir telefon nömrəsi vasitəsi ilə saxtakarlıq edildiyini fərq etsə belə, saniyələr ərzində yeni saxta telefon nömrəsi yaratmaq mümkündür. Bu da WhatsApp-ın böyük təhlükə ilə üz-üzə qaldığını göstərir.