Bakıda tikinti şirkətində yanğın olub

2 Avqust 2014 13:15 (UTC+04:00)

Bakının Səbail rayonunda "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda partlayış olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, avqustun 1-də saat 07 radələrində Səbail rayonu, Salyan şosesində yerləşən "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda məişətdə istifadə edilən qaz balonu partlayıb.

Dağıntı olmayıb, lakin orada fəhlə işləyən Lənkəran rayon sakini Elnur Rəhimov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.