Qazax sakini düşmən gülləsinə tuş gəldi

2 Avqust 2014 13:01 (UTC+04:00)

Qazax rayonu, Kəmərli kənd sakini ermənilər tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, iyulun 31-də Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Kəmərli kəndinin ərazisində kənd sakini Çingiz Aslanov ermənilər tərəfindən açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb.

Ç. Aslanov xəstəxanaya yerləşdirilib.