Azərbaycanın simsiz internet provayderi olan "Sazz 4G İnternet" Lənkəranda fəaliyyətə başlayıb. Şirkətdən verilən məlumata görə, Lənkəran şəhər sakinləri "Sazz 4G" xidməti sayəsində saniyədə 10 meqabitə qədər sürətə malik internetdən istifadə edə biləcəklər.
"Sazz 4G" müştəri xidmətləri və satış mərkəzi şəhərin mərkəzi hissəsində, Həzi Aslanov küçəsi, 25 ünvanında yerləşir. Abunə olmaq istəyənlər bir neçə dəqiqə ərzində müqaviləni rəsmiləşdirib şəbəkəyə qoşula bilərlər. Hər yeni abunəçiyə 5 gün ərzində 200 meqabayt həcmində trafiklə "Sazz" şəbəkəsini sınaqdan keçirmək imkanı verilir. Həmin müddətdə istifadəçi xidmətdən narazı qalarsa, ödənilmiş məbləğ geri qaytarılır.
Yaxın günlərdə "Sazz 4G İnternet"-in müştəri xidməti ofisləri Masallı, Lerik və Astara şəhərlərində də fəaliyyətə başlayacaq.