Pifaqor teoremini Pifaqormu icad edib? Yoxsa o, ev tapşırığını kimdənsə köçürübmüş? Oksford Universitetinin antik dövr üzrə mühazirəçi professoru doktor Armand D'Angour öz məqaləsində Pifaqor teoremi ilə bağlı əfsanəni alt-üst edib.
Professorun fikrincə Pifaqorun (e.ə. 570-495) bizim anladığımız mənada riyaziyyatçı olduğu şübhə doğurur. Məktəblilər hələ də onun hipotenuzun kvadratına aid teoremini (a2+b2 = c2) öyrənirlər.
Lakin Babilistanlılar bu tənliyi əsrlərcə əvvəl artıq bilirdilər və Pifaqor olsa-olsa onu ya aşkar, ya da isbat edib.
Əslində sonrakı pifaqorçular həqiqi riyazi araşdırmalar aparsalar da, dəlillər göstərir ki, Pifaqorun özü hər şeyin əsasında rəqəmlərin dayandığına inanan sadə bir mistik olub.
Məsələn o hesablayıb ki, mükəmməl musiqi intervalları sadə mütənasibliklə izah oluna bilər.