Sumqayıtda şəhər sakinləri Toğrul Hüseynalıyevin və Zülal Hacıyevin idarə etdikləri "VAZ-21099" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Z.Hacıyev hadisə yerində ölüb, onun maşınında olan sərnişinlər - Sumqayıt şəhər sakinləri Bayram Rzayev, İlham Nəcəfov və Səməd Hüseynov xəstəxanaya yerləşdiriliblər.
Qaxda isə rayon sakini Ramazan Mustafayevin idarə etdiyi "VAZ-21043" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. R.Mustafatev hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.