Lənkəranda Lütfəli Abdullayevin 100 illik yubileyi qeyd edilib

25 İyul 2014 13:07 (UTC+04:00)
Lənkəranda Xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyilə bağlı tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Mərkəzi kitabxanasında təşkil olunan tədbirdə Mərkəzi Kitabxanalar Sisteminin direktoru Validə Məmmədova çıxış edərək Lütfəli Abdullayevin həyat və yaradıcılı haqqında geniş məlumat verib. Sonra Mərkəzi kitabxananın şöbə müdiri Elnurə Dadaşlı Xalq artistinin yaradıcılığı haqqında geniş məruzə edib.

Sonda Lütfəli Abdullayevin iştirak etdiyi "Ulduz" filmi nümayiş olunub.

Sərraf Mirsəfəroğlu