"Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turniri 7 ildir keçirilir. Bu yarış dünya güləşi üçün çox əhəmiyyətli turnirdir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev deyib. O, il ərzində keçirilən 3 Qran Pri turnirinin qaliblərinin, Avropa və dünya çempionlarının "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində iştirak etdiyini bildirib: "Turnirdə dünyanın ən güclü güləşçiləri iştirak edir. Ona görə bu yarış çox önəmlidir.
Əfsuslar olsun ki, bir neçə əsas idmançımız zədəli olduğu üçün turnirdə iştirak edə bilmir. Yarışda komandamız orta tərkibdə çıxış edir. Bu komandanın iştirakı də önəmlidir. Sentyabr ayında keçiriləcək dünya çempionatında müəyyən çəki dərəcələri üzrə çıxış edəcək idmançıları bu yarışın nəticələrinə əsasən müəyyənləşdirəcəyik".