“Sevgililərin cəhənnəmdə vüsalı” FOTO

25 İyul 2014 10:31 (UTC+04:00)

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Xalq Yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi ilə əlaqədar müəllifin "Sevgililərin cəhənnəmdə vüsalı" əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya ictimai baxış olub. SİA-nın verdiyi xəbərə görə, dövlət sifarişi əsasında hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbov, musiqi tərtibatçısı Aslan Mustafazadədir. Tamaşada əsas rolları əməkdar artistlər İqrar Salamov, Əbülfət Salahov, aktyorlar Xanlar Həşimzadə, Akif Yusifov, Çinarə Səmədova və başqaları ifa ediblər. Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və teatrsevərlərin iştirak etdikləri ilk tamaşa müvəffəqiyyətlə başa çatıb.