Xaçmazda baş verənlərə aydınlıq gətirildi

24 İyul 2014 14:18 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Xaçmaz şəhərində ölümlə nəticələnən insidentlə bağlı məlumat yayıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 24-nə keçən gecə Xaçmazda şəhər sakinləri Coşqun Cəbrayılov və onun qardaşı İsmayıl münaqişə zəminində həmyerliləri Elşən Əhmədova, Eyvaz Cəbrayılova və Emil İsayevə bıçaqla xəsarət yetirib hadisə yerinindən qaçıblar.

Nəticədə Elşən Əhmədov hadisə yeridə ölüb, Eyvaz Cəbrayılov və Emil İsayev xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, Coşqun və İsmayıl Cəbrayılov qardaşları əvvəllər məhkumluq həyatı yaşayıblar.