Novruz Məmmədov: “RBK kanalı yalan məlumatlarla ictimaiyyəti aldadır”

23 İyul 2014 16:40 (UTC+04:00)

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiyanın RBK kanalını Dağlıq Qarabağla bağlı rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparmaqda günahlandırıb. SİA bu barədə PA rəsmisinin "twitter" səhifəsinə istinadən xəbər verir.

"RBK kanalı 2 ermənini dəvət edərək Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır. RBK özünü neytral kanal kimi göstərərək təəssüf ki, məkrli niyyətə xidmət edir. Bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırmağa çalışır",- deyə N. Məmmədov qeyd edib.