ETSN Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruq ərazisində operativ reyd keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, reyd zamanı qoruğun Gərəkli sahəsinin 8 saylı dolayında ölçüləri 4x4 metr və 10x6 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 134 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib.
Eyni zamanda sözügedən ərazidə nazirliyin əməkdaşları tərəfindən 1 ədəd çadır aşkarlanıb və ərazini sürətlə tərk edən bir nəfərin foto şəkli çəkilib. Dərhal hadisə barədə Balakən rayon Polis Şöbəsi məlumatlandırılıb, götürülmüş materiallar onlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.