İmtahanın nəticələri bu gün açıqlanacaq

22 İyul 2014 13:01 (UTC+04:00)

İyulun 20-də II və III ixtisas qrupları üçün keçirilmiş qəbul imtahanının nəticələrinin nə vaxt açıqlanacağına aydınlıq gətirilib. SİA-nın TQDK-ya istinadən verdiyi xəbərə görə, II və III ixtisas qrupları üçün keçirilən qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə imtahan iyulun 20-də olub. İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada həyata keçirilib.

Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.