Sevinc kimin sevgilisi olmaq istədi?

21 İyul 2014 12:12 (UTC+04:00)

Müğənni Sevinc Ağaşirinova yay mövsümü olmasına baxmayaraq, istirahət etmədən çalışır. Bu haqda SİA-ya açıqlama verən sənətçi yeni klip çəkdirdiyini deyib: "Bəzi həmkarlarım dincəlir. Lakin mən çalışmağa üstünlük verirəm. Odur ki, yeni "Ol mənim sevgilim" adlı bəstəyə ekran işi verdirirəm. Klipi yaxın günlərdə ixtiyarınıza verəcəm".

Görkəmindən danışan Sevinc idmanla da məşğul olduğunu deyib: "İmicim mənim üçün çox vacibdir. Odur ki, artıq çəkilərdən azad olmaq üçün mütəmadi idman edirəm. Demək olar ki, istədiyim bədən quruluşuna sahib olmuşam".