Bu il I qrup üzrə 1525 nəfər, IV qrupda isə 403 nəfər 600-dən çox bal toplayıb

18 İyul 2014 12:11 (UTC+04:00)

"Bu il ali və orta ixtisas məktəblərinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 1525 nəfər, IV ixtisas qrupunda 403 nəfər 600-dən çox bal toplayıb". SİA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, bu il I qrup üzrə 1525 nəfər, IV qrup üzrə isə 930 nəfər abituriyent 500-dən çox bal toplayıb: "Bu il hər iki qrup üzrə yüksək bal toplayanların sayı ötən illə müqayisədə artıb. Ötən il I qrup üzrə 1179 nəfər 500-dən çox, 367 nəfər isə 600-dən çox , IV qrup üzrə 973 nəfər 500-dən çox, 403 nəfər 600-dən çox nəticə göstərib".

E. Nağızadə bildirib ki, bu il ali məktəblətim I və IV ixtisas qrupu üzrə müsabiqə vəziyyətinin çətin olmayacağı gözlənilir. Onun sözlərinə görə, bu il I ixtisas qrupu üzrə qəbul planı ötən şlə nisbətən təxminən 3,93 faiz artıb. Bu il I qrup üzrə ali məktəblərə 12 052 plan yeri ayrılıb, 12 319 nəfər isə müsabiqədə iştirak edir. Bu isə o deməkdir ki, 1 plan yeri uğrunda 1 nəfər mübarizə aparacaq. IV qrup üzrə isə qəbul planında cüzi- cəmi 32 plan yeri artıb və 4482 yer ayrılıb.