Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi
- Tahir bəy, maraqlıdır ki, Əli Kərimlinin keçirdiyi yubleyə İsa Qəmbər, Mirmahmud Mirəlioğlu dəvət olunmayıb. İsa Qəmbər də eyni addımı atıb. Bu ziddiyyətli məqamı nə ilə əsaslandırmaq olar?
- Bu onların bir-birlərini qəbul etməməsi ilə bağlıdır. Yəni keçirdikləri yubleylərə bir-birlərini dəvət etməməsi bu şəxslərin hər birinin yubleyi öz adlarına yazmaq və digərini də kənarda qoymaq istəyi ilə bağlıdır. Bu bir-birlərinə pataloji nifrətin ifadəsidir. Qıası, ziddiyətli məqam özlərini reklam etməkdən irəli gəlir. Demək olar ki, müxalifət təmsilçiləri zaman-zaman özlərini reklam etməkdən ötrü bir-birləri yola getmıəyən şəxslərlə hansısa birlikdə bir araya gələrək səmimi olmaq görüntüsü yaradıblar. Amma bu da onlarda uzun sürməyib. Müəyyən vaxt sonra parçalanıblar. Təbii ki, səmimilik, birlik olmayan bir yerdə də irəliləyişdən söhbət gedə bilməz.
- AXC-nın yubleyində Sərdar Cəlaloğlu təhqir olunub. Bu Əli Kərimlinin ətrafında olanların öz səviyyələrinin göstərilməsinin bir nümunəsi sayıla bilər?
- Bu Əli Kərimlinin siyasi mədəniyətsizliyidir. Özünün əxlaqını ortaya qoymasıdır. Tədbirdə müstəqil fikir söyləyən tiribunadan düşürülürsə, danışmasına imkan verilmirsə və iclasdan qovulursa onda Əli Kərimli hansı demokratiyadan danışır? Bu da özləri özlərini ifşa etmək deməkdir.
- AXC Müsavat qarşıdurmasının səbəbini nə ilə izah etmək olar?
- Hər zaman bu iki partiya arasında mübaziə gedib. Bu mübarizənin də əsas səbəbi biri digərini sıradan çıxarmaq və özünü "Ana" müxalifət kimi təqdim etmək istəyi ilə bağlıdır. Ümumiyhyətlə, xalq tərəfindən müxalifətə heç bir siyasi dəstək yoxdur. Ona görə də, iddialı partiya funksinerləri bir-birləri ilə birinçilik uğurunda mübarizə aparırlar.
Gülyanə Ağakərimova