3 nəfərdən 11 kq tiryək, 8 kq həşiş götürülüb

17 İyul 2014 13:35 (UTC+04:00)

Azərbaycanda 3 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya Cəlilabad rayon sakinləri Nadir Məmmədov, Həmid Orucov və Masallı rayon sakini Maqsud Qasımovdan ümumi çəkisi 11 kq olan tiryək və 8 kq həşiş götürülüb.