Müğənnilər Röya və Zamiq klip çəkdirəcəklər. Bu haqda SİA-ya Zamiqin prodüseri Elnur məlumat verib: "Zamiqlə Röya xaricə gedəcəklər. Birlikdə səsləndirdikləri "Səninlə" adlı duetə klip çəkdirəcəklər. Çəkilişlərin harada baş tutacağını hələ ki, gizli saxlayırıq. Bircə onu deyə bilərəm ki, ekran işinin rejissoru əcnəbi olacaq".