Bakıda avtobusda qadından çirkin əməl

16 İyul 2014 04:27 (UTC+04:00)

Bakıda sərnişin avtobusunda oğurluqla məşğul olan qadın tutulub. İyulun 10-da 44 saylı xətt avtobusunda Nərminə Həsənovanın əl çantasından 300 manat, qızıl üzük və mobil telefon oğurlanıb.

Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Cəmilə Əfsəlova tutulub.