Asəf Hacıyev: “Ümummilli Liderin hakimiyyətə gəlişi vəziyyəti kordinal dəyişdi” AÇIQLAMA

14 İyul 2014 15:34 (UTC+04:00)

"Ümumiyyətlə, Ulu Öndər Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi çoxları üçün bəlkə də əhəmiyyətsiz idi. Çünki Kommunist Respublikalarında müxtəlif dəyişikliklər olurdu, amma ümumi heç nə dəyişmirdi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü haqqında danışarkən deyib.

"Mən o vaxtlar Moska Dövlət Universitetinin ikinci kurs tələbəsi idim. Orada Qərb qəzetləri satılırdı. Mən orada ingilisdilli bir qəzetdə oxudum ki, Kommunist Respublikasında mənasız dəyişiklik olub. Belə ki, Kommunist Partiyasının birinci katibi Heydər Əliyev seçilib. Mən o zaman buna o qədər ciddi əhəmiyyət vermədim. Amma düz bir ildən sonra həmin qəzetlər böyük manşetlə dərc olundu. Həmin qəzetlərdə yazılırdı ki, görünməyən bir hadisə - yəni Kommunist lideri rüşvətxorluqla mübarizə aparır. Təbii ki, burada söhbət Heydər Əliyevdən gedirdi.

İllər keçdi və artıq Heydər Əliyev hakimiyyətə gələn zaman Azərbaycan çox ağır bir iqtisadiyyati vəziyyətdə idi. Ölkəmiz 15 respublika içərisində ən axırıncı yerdə gedirdi. Lakin Ümummilli Liderin hakimiyyətə gəlişi ilə burada vəziyyəti kordinal dəyişdi. Ölkənin iqtisadiyyatı və sənayesi inkişaf etməyə başladı. O zaman Azərbaycan bir neçə dəfə keçici bayraq aldı. Bilirsiniz, hər dövlətin özünün yazılmamış qanunlar var. Bu SSRİ çərçivəsində hesab edirəm ki, Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan üçün böyük uğur var idi. Təbii ki, buradan sual ortaya çıxır ki, bəs bunun kökündə nə dayanır? Hətta o vaxt deyirdilər ki, ilk dəfə olaraq Kommunist Respublikasında demokratiyanın əsasları qoyulub. Hesab edirəm ki, bunun kökündə yalnız bir amil dayanırdı. Belə ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın mənəvi həyatına yeniliklər gətirdi.

Ulu Öndər xalqa göstərdi ki, hər şeyin kökündə mənəviyyat dayanır. Əgər mənəvi həyat zəngin olsa, onda demokratiya da olar, iqtisadiyyat da inkişaf edər. Ümummili liderin yorulmaz fəaliyyəti sayəsində 1982-ci ildə Hüseyn Cavidin nəşi Sibir mədənləri dərinliyindəki katorqa məzarlığından gətirildi. Bəlkə də Heydər Əliyev bu addımı atarkən, müxtəlif problemlərlə rastlaşa bilərdi. Amma Ulu Öndər qorxmadı və bunu etdi. Hesab edirəm ki, bunun kökündə çox dərin bir amil durur. Təbii ki, bu gənc nəslə bir mesaj idi. Belə ki, hər bir insan öz xalqının mənəvi dəyərlərinə sadiq qalmalı və onu yüksək tutmalıdır".