Qubada xeyli sayda qoyun oğurluğu baş verib

14 İyul 2014 12:46 (UTC+04:00)

İyun ayının 10-da Quba rayon sakini Nurağa Abdullayev Qusar rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək may ayının 26-da Kuzun kəndinin otlaq sahəsindən 64 baş qoyununun itməsini bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qusar rayon Polis Şöbəsi əməkdaşlarının apardığı araşdırmalar zamanı qoyunların həmin otlaq sahəsində çoban işləyən Ucar rayon sakini Arzu Qasımov və arvadı Naibə tərəfindən oğurlanması müəyyən edilib.