İftar və imsak vaxtları, günün duası

13 İyul 2014 12:32 (UTC+04:00)

SİA müqəddəs Ramazan ayı ilə əlaqədar gündəlik imsak və iftar vaxtlarını, həmçinin gündəlik oxunacaq duaları oxucularına təqdim edir:

13 İyul tarixi üçün

İftar vaxtı – 21:28

14 İyul tarixi üçün

İmsak vaxtı – 04:54

Ramazan ayının 15-ci gününün duası:

"Allahummərzuqni fihi taətəl-хaşiin vəş-rəh fihi sədri biinabətil-muхbitin biəmanikə ya amanəl хaifin!".

Tərcüməsi:

"Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə хatir ey qorхanların sığınacağı!

Orucu açan zaman oxunan dua

- Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli

Tərcüməsi:

İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!

Allah ibadət və itaətlərinizi qəbul etsin!