Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.
TQDK-dan verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada keçirilib.
İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 429 nəzarətçi-müəllim cəlb olunub.
Ali təhsil müəssisələrinin 1-ci və 4-cü ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları bunlardır:
Azərbaycan bölməsi - I qrup
http://eservices.tqdk.gov.az/exam/a1_ex2.htm
Azərbaycan bölməsi - IV qrup
http://eservices.tqdk.gov.az/exam/a4_ex2.htm
Rus bölməsi - I qrup
http://eservices.tqdk.gov.az/exam/r1_ex2.htm
Rus bölməsi - IV qrup
http://eservices.tqdk.gov.az/exam/r4_ex2.htm