Müxalifətin bu gününə baxanda ilk görünən budur ki, nə Əli Kərimli, nə İsa Qəmbər, nə də ki, Eldar Namazov bundan sonra heç nəyi dəyişə bilməyəcəklər. Çünki onların özlərinin dəyişilməyə ehtiyacları var. Hətta dəyişilməsələr belə, onların öz ətrafındakıları güclə yaxalarından tutaraq bu "liderləri" dəyişəcəklər. Yoxsa, müxalifətin vəziyyəti koma vəziyyətidir və son nəfəsini verməkdədir. Bunu istər "Milli Şura"da, istərsə də ayrı-ayrılıqda partiya və hərəkatlarda da görmək mümkündür.
Bu arada "EL" Hərəkatının sədri Eldar Namazovun "Milli Şura"dan çıxması da müəyyən məqamları üzə çıxardı. Çünki bu zamana qədər Eldar Namazovun "Milli Şura"dakı varlığı Rüstəm İbrahimbəyovun qurumdakı fəaliyyətindən asılı idi. Rüstəm İbrahimbəyov "Milli Şura"da söz sahibi oluncaya qədər Eldar Namazov da özünü göstərə bilirdi. Rüstəm İbrahimbəyov müqəvva kimi fəxri sədrliyə yönəldiləndən sonra isə "EL" sədrinin qurumdakı sözü-sovu bitdi-tükəndi. Əslində, Namazovun heç vaxt nüfuzu olmayıb. Çünki Eldar Namazovun işi həmişə ya "papka" daşımaq, ya mirzəlik, ya da ki, kiminsə arxasınca hərlənmək olub.
Gah Rüstəm İbrahimbəyovun papkasını daşıyırdı, gah da...
Bəlli dövrə qədər "Milli Şura"da da eyni vəzifəni icra edirdi. Gah Rüstəm İbrahimbəyovun papkasını daşıyırdı, gah da Rusiyanın qaranlıq qüvvələrinin papkalarını qoltuğuna vurararaq, ortada var-gəl edirdi. Necə deyərlər, divin canı şüşədə olduğu kimi Eldar Namazovun varlığı da Rüstəm İbrahimbəyovun və rus daydaylarının ona daşıtdırmağa verdiyi papkalardan asılı idi. Hətta "Milli Şura"da təmsil olunan partiyalar da etiraf edirdilər ki, Eldar Namazov aktiv deyil. "EL" sədri ümumiyyətlə qurumun işlərinə qarışmırdı. Bu adam müxalifətin içərisinə ya "Ziyalılar Forumu", ya "EL" Hərəkatı, ya da ki, "Milli Şura" ilə gəldiyi bilinmir. Bu da faktdır ki, bu günə qədər ölü doğulmuş qurumda kimin qalıb qalmamağı heç vaxt heç nəyi dəyişməyib. Elə götürək özlərini "ana" "ata" adlandırmaq uğurunda vuruşan İsa Qəmbərin "Milli Şura"dan getməsindən sonra qurumdakı gərginlik heç də dəyişmədi.
Eldar Namazov gec-tez amerikalı daydaylarını da bezdirəcək
Namazovun "Milli Şura"dan çıxması da eyni qəbildən olan məsələdir. Çünki sıfırla aparılan riyazi əməliyyatların sonunda alınan nəticə elə 0 olacaq. İndən sonra da "Milli Şura"da nəyisə dəyişmək mümkün deyil. Bir dəfə satan adamın həmişə satmaq aludəçiliyi olur. Və əslində, bu cür fikirlərini tez-tez dəyişən adamlar tez-tez təşkilatları da dəyişirlər. Lakin həmişə uduzurlar. Çünki məğlubiyyət Eldar Namazovun alnına yazılıb. Ümid bəzən sonda ölmür. Ölü doğulan ümidlər də olur. "Milli Şura" da ölü doğulmuş qurum idi.
Bu gün "EL" sədri olaraq indi də pənahını ABŞ səfirliyində axtarmağa başlayan Eldar Namazov gec-tez amerikalı daydaylarını da bezdirəcək. Çünki onun əlindən heç bir siyasət gəlmir. Sadəcə birindən başqa - papkadaşıyan siyasəti.