Azərbaycanda 1 926 778 ton taxıl istehsal olunub

9 İyul 2014 16:10 (UTC+04:00)

Azərbaycanda 1 926 778 ton taxıl istehsal olunub. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, bundan

1 239 186 tonunu buğda təşkil edir. Hər hektardan məhsuldarlıq isə 23,7 sentner olub.

Ölkədə payızlıq, yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) 2014-cü ilin məhsulu üçün biçiləcək 961 016 hektar sahənin 852,997 hektarı (88,8%) biçilib.