"Yay məktəbi"nin iştirakçıları Oğuz gəncləri ilə yoldaşlıq oyunu keçirdilər FOTOLAR

8 İyul 2014 20:56 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin Oğuzdakı "Afra" oteldə məskunlaşmış iştirakçıları yerli gənclərlə yoldaşlıq futbol matçı keçiriblər. SİA-nın məlumatına görə, Oğuz Olimpiya İdman Kompleksinin futbol zalında keçirilən oyunu I dərəcəli hakim Müslüm Mövsümov idarə edib. Maraqlı keçən matçda 10 qol qeydə alınıb. Bu qollardan 7-si yerli komandanın, 3-ü "Yay məktəbi" iştirakçılarının aktivinə yazılıb.

Xatırladaq ki, bu gün gənclər üçün "İKT və informasiya təhlükəsizliyi" adlı seminar da təşkil olunub.

Axşam saatlarında isə gündəlik hesabat foto-slayd nümayiş olunacaq, intelektual oyun və diskoteka keçiriləcək.

Elgün Vidadioğlu, Oğuz