Uorlik: “Status-kvo getdikcə daha təhlükəli hal alır”

8 İyul 2014 17:10 (UTC+04:00)

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo getdikcə daha təhlükəli hal alır". SİA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində qeyd edib.

ATƏT-in həmsdərləri ilə görüşmək üçün Vaşinqtonu tərk etdiyini bildirən Uorlik qeyd edib ki, görüş zamanı münaqişənin həlli ilə bağlı növbəti addımlar müzakirə olunacaq: "Dağlıq Qarabağ münaqişəsində sülh istiqamətində növbəti addımları müzakirə etmək məqsədilə ATƏT-in həmsədrləri ilə görüşmək üçün bu gün Vaşinqtonu tərk edirəm".

Qeyd edək ki, amerikalı həmsədr görüşün vaxtı və yerini qeyd etməyib.