Abid Şərifov: “Sovet ordusu Azərbaycanda çox sayda hərbi sursat və minalar qoyub gedib”

8 İyul 2014 15:23 (UTC+04:00)

"Sovet ordusu Azərbaycanı tərk edərkən özündən sonra bilərəkdən çox sayda hərbi sursat və minalar qoyub gedib". SİA-nın xəbərinə görə, bu sözləri baş nazirin müavini jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda həmin ərazilərdə təmizləmə işləri aparılır: "Sovet ordusunun vaxtilə bilərəkdən gizlətdiyi mina və partlamamış hərbi sursatlar ilk növbədə insanların yaşadığı ərazilərdə təmizlənməlidir. Bakı ətrafında və respublikanın rayonlarında hələ də mina və partlamamış döyüş sursatlarının ciddi problemlər yaratdığı yerlər var. Bakının ətrafında vaxtilə harada Sovet ordusu yerləşibsə, orada bilərəkdən minalar, ayrı-ayrı partlamamış hərbi sursatlar gizlədilib. "Nargin" adasında da Sovet dövründən qalma çoxlu mina və partlamamış hərbi sursat var. Lakin bu gün adanın təmizlənməsi gündəlikdə deyil. Bunun üçün vəsait tələb olunur. Həm də həmin adada yaşayış olmadığından orada işlərin aparılması nəzərdə tutulmur. Biz o yerləri təmizləməliyik ki, insanlar oradan istifadə etməyə başlasınlar".