2014-cü ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 343 min 834 ton Azərbaycan nefti nəql olunub. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 milyon 543 min 140 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il iyul ayının 1-ə qədər BTC-yə 249 milyon 684 min 733 ton neft vurulub.
Bundan başqa, cari ilin iyun ayında BTC kəməri ilə ümumilikdə 301 min 587 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.