Bu günün iftar, sabahın imsak vaxtı

8 İyul 2014 09:58 (UTC+04:00)

SİA Ramazan ayı ilə əlaqədar gündəlik imsak və iftar vaxtlarını təqdim edir.

8 İyul tarixi üçün

İftar vaxtı – 21:29

9 İyul tarixi üçün

İmsak vaxtı – 04:49

Ramazan ayının 10-cu gününün duası:

Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin.

Tərcüməsi:

İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!

Orucu açan zaman oxunan dua

-Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli

Tərcüməsi:

İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!

Allah orucunuzu qəbul etsin!