Bu günün iftar, sabahın imsak vaxtı

5 İyul 2014 10:04 (UTC+04:00)

SİA Ramazan ayı ilə əlaqədar gündəlik imsak və iftar vaxtlarını təqdim edir.

5 İyul tarixi üçün

İftar vaxtı – 21:30

6 İyul tarixi üçün

İmsak vaxtı – 04:46

Ramazan ayının 7-ci gününün duası:

- Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin.

Tərcüməsi:
- İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!

Orucu açan zaman oxunan dua

-Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli

Tərcüməsi:

İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!

Allah orucunuzu qəbul etsin!