Dünya ulduzu Bakıya gəlir

4 İyul 2014 17:36 (UTC+04:00)

Dünyaca məşhur müğənni İnqrid paytaxtımızın qonağı olacaq. SİA-nın verdiyi xəbərə görə,İtalyan əsilli İnqrid Emiliyana Alberini sentyabr ayının 6-da Bakıda konsert proqramı ilə çıxış edəcək. İtalyan qrupu ilə birgə çıxış edəcək ulduz sentyabr ayının 5-dən 7-ə kimi paytaxtımızın qonağı olacaq. İnqridin konsertinə biletlərin qiyməti 300-700 manat arası dəyişilir. Bu konsert məşhur müğənninin dünya turu çərçivəsində baş tutacaq.