Futbol tarixi bir daha belə çılğın qapıçı görməyəcək

4 İyul 2014 03:17 (UTC+04:00)

Söhbət Kolumbiyanın keçmiş qapıçısı Rene İquitadan gedir. İquita 1990-cı il FİFA üzrə dünya çempionatında ən çox adı hallanan və diqqət mərkəzində olan qapıçı idi. Ləqəbi "El Loko" - manyak olan İquita 1995-ci il Wembley stadionunda keçirilən İngiltərə-Kolumbiya matçında "əqrəb qurtarışı" ilə məşhurdur. Komandasını qapıya vurulan qoldan gözlənilməz reaksiya ilə xilas etdiyinə görə, "Scorpion kick" (əqrəb vuruşu) ləqəbini alıb.

Bundan başqa dünyada ən çox qol vuran 4 qapıçıdan biridir. Atletikoda klubunda ilk dəfə forma geyinən məşhur futbolçu 2010-cu ildə kariyerasına son qoyub.