Şahin Mustafayevin qəbul vaxtı dəyişdi

3 İyul 2014 15:41 (UTC+04:00)

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən iyulun 4-də Zaqatalada keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə SİA-ya İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.