PKK tərəfdarları aktivləşdi: Ordu ayağa qaldırıldı

2 İyul 2014 02:24 (UTC+04:00)

PKK tərəfdarları bu gün səhər saatlarından etibarən Diyarbəkir-Bingöl magistral yolunu bağlayıb. Üzü maskalı nümayişçilər yoldan keçən bütün avtomobillərin qarşısını kəsərək maşınları sürücülərin əlindən alır. Hadisə yerinə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb olunub. Hərbçilər bəyan edib ki, nümayişçilər magistral yolu açmasalar vəziyyətə müdaxilə edəcəklər.

Hazırda PKK tərəfdarları təhlükəsizlik qüvvələrinə təslim olmur.

Qeyd edək ki, mayın 24-də Diyarbəkir-Bingöl magistral yolunu bağlamışdı. Hərbçilərlə toqquşmalar zamanı 4 nəfər həlak olmuşdu.