İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) məzun gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yusif Məmmədov məzunları təbrik etmiş, ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi təhsil ocağının qazandığı uğurlardan danışmışdır.