Azyaşlı hovuzda boğuldu

1 İyul 2014 14:27 (UTC+04:00)

Bərdə rayonunda azyaşlı oğlan su hovuzuna düşərək boğulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 30-da Bərdə rayonu Qazaxlar kəndində bədbəxt hadisə baş verib.

Belə ki, kənd sakini azyaşlı Saday Qaçaylı yaşadığı evin həyətində su hovuzuna düşərək boğulub.