Sahibkarlarımız zərgərlik şousuna qatılacaqlar

1 İyul 2014 12:09 (UTC+04:00)

Hindistanda beynəlxalq zərgərlik şousu təşkil olunacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, zərgərlik şousu iyulun 17-21-də Mumbai şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən azərbaycanlı sahibkarlar Hindistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.