Azad Rəhimov Qubada qəbul keçirəcək

1 İyul 2014 10:37 (UTC+04:00)

4 iyul 2014-cü il tarixdə Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinləri vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbul saat 11:00-da Quba şəhəri Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, RİH-nin yanı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 03-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Quba - 070(50)-235-77-88;

[email protected]

Qusar - 070-317-24-13; 055-435-76-16

[email protected]

Siyəzən - 050-569-43-76;

055-694-53-76;

[email protected]

Şabran - 055-612-26-62;

[email protected]

Xaçmaz - 055-395-44-58;

070-747-80-41

[email protected]