Rusiya kanalları “Azerspace-1”də

30 İyun 2014 20:59 (UTC+04:00)

Rusiyanın bir sıra televiziya kanalları Azərbaycanın ilk milli peyki "Azerspace 1/Africasat 1A" üzərindən yayıma başlamışdır. "Azərkosmos" ASC-dən bildirmişlər ki, hazırda "Azərbaycan peyki vasitəsi ilə Gürcüstan və Ukrayna televiziya kanallarının yayımı da həyata keçirilir.

"Azerspace-1" telekommunikasiya peyki inkişaf etmiş dizayna və qoşulma imkanlarına malikdir. Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini əhatə edən kosmik məkanda əsas rol oynayır.