Teleaparıcı 30 yaşını qeyd edir

30 İyun 2014 16:30 (UTC+04:00)

Bu gün şair-teleaparıcı Azər Şirinin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, bəstəkarın 30 yaşının tamam olması münasibəti ilə ilk olaraq ailə üzvləri və dostları təbrik edib. Onu ən yaxın dostu Elçin Cəfərov da təbrik edərək, ünvanına xoş sözlər deyib: "Ad günün mübarək. İşində və şəxsi həyatında uğurlar".

Qeyd edək ki, Azər Şirin 5 ildən çoxdur ki, söz yazarıdır. 50-dən çox mahnının müəllifidir. Bir müddət əvvəl müğənni Yaşar Cəlilovla işbirliyi olub. Hazırda Tərlan Məmmədhüseynov və Elçin Cəfərovla birgə fəaliyyət göstərir.