Röyanın konserti baş tutdu FOTOLAR

30 İyun 2014 11:02 (UTC+04:00)

Müğənni Röya Ayxan konsert verib. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək teleaparıcı Afaq Gəncəliyə həvalə olunub. İfaçı mahnılarını tamaşaçılarla birlikdə səsləndirib. Onu izləməyə gələnlər arasında müğənni Zamiq Hüseynov da yer alıb. Röya Zamiqi səhnəyə dəvət edib, müğənnilər birgə duet oxuyublar.

Qeyd edək ki, Röyanı konsert zamanı rəqs qrupu da müşayiət edib.