Xəzərdə zəlzələ olub

30 İyun 2014 10:09 (UTC+04:00)

Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ iyunun 30-da saat 01.30-da qeydə alınıb.

Maqnitudası 3.1 olan, 40 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.